Bia.Az

“Düşmənin 2500-dən çox leşi var” - Kamil Zeynallı Füzulidən DANIŞDI

Siyasət
 2-10-2020, 13:49     431

Xəbər verdiyimiz kimi, tanınmış fitness məşqçisi Kamil Zeynallı əsgərlərə dəstək olmaq üçün Füzuli rayonuna yollanıb.


BİA.az xəbər verir ki, sosial şəbəkə hesabında Füzulidən paylaşım edən idmançı cəbhədə döyüşən əsgərlərə xarici ölkələrdən xeyli pay gəldiyini bildirib:

“Allah əsgərlərimizi və zabit heyətimizi qorusun. Analar, bacılar, atalar, narahat olmayın, övladlarınız yaxşıdır. Yemək-içməkləri əladır, Dövlət, Müdafiə Nazirliyi əsgərlərimizə çox yaxşı baxır. Üstəlik, əsgərlərimizə çoxlu pay, digər lazimi ləvazimatlar gəlir. Mənim vasitəmlə alırıq, gətiririk, bu vəziyyətdə hamımız bir-birimizə dəstək olmalıyıq”.

O, müharibədə gedişatın bizim xeyrimizə olduğunu qeyd edib:

“Müharibədə gedişat hər saat bizim xeyrimizədir, qabaqdakı canavarlar irəliləyir, başda 052 olmaqla dağıda-dağıda gedirlər. O şərəfsizlərin 2500-dən çox leşləri var. Ordumuz çox güclüdür, səfərbərlikdən qaçmayın, bəziləri, ürəkli olun! Səfərbərlikdən o qədər canavar kimi oğlanlarımız gəlib ki… Bu vaxtda ordumuzun, Prezidentimizin arxasında olmaq lazımdır. Ancaq dua edin. Hər şey əla olacaq!”скачать dle 12.1