Bia.Az

Kişiliyin çatırsa, indi Qarabağa gəl...

KÖŞƏ YAZARLARI / Siyasət
 29-09-2020, 13:50     466

Paşinyan hər dəfə Qarabağa gələndə, biz o dünyaya gedirdik. Ruhumuz bədənimizdən uçurdu, geriyə cansız vücudumuz qalırdı. O, gəlib-gedənə kimi biz yüz dəfə ölüb-dirilirdik...

Paşinyan hakimiyyətə gəldiyi gündən Azərbaycan xalqına meydan oxuyur. Murdar qədəmlərini hər dəfə Qarabağa basanda, yaramıza köz basmış olurdu. Hər sözü, hər açıqlaması ilə sülh danışıqlarına zərbə vururdu. Özünü elə aparırdı ki, sanki Qarabağ buna gorbagor əcdadlarından miras qalıb. Bu torpağın gerçək sahiblərinin bir gün boğazından yapışacağını heç cür anlamaq istəmirdi. Özünü qanmazlığa qoymuşdu...
Şanlı Azərbaycan Ordusu yavaş-yavaş həyatı ona başa salır. Artıq üçüncü gündür ki, əsgərimiz düşmənin başına od ələyir. Hər gün yeni müjdələr alırıq. Düşmənin basılacağı gün uzaqda deyil.
Kömpüterimin yaddaşında bir şəkil var, bu gün üçün saxlamışam. Paşinyan qırmızı şərabdan içib məst olandan sonra arxası üstə uzanıb aydın səmanı seyr edir. Məkan Şuşa şəhəridir. Özünü o qədər təkəbbürlü aparır ki, sanki Cıdır düzü dədəsinin əkin sahəsidir...
Kompüterimin yaddaşında başqa bir şəkil də var, dünən türk saytlarından götürmüşəm. Azərbaycan Ordusunun ermənilərin əlində olan yaşayış məntəqələrini bir-birinin ardınca azad etdiyini eşidən Paşinyanın rəngi qaralıb, sifətindən zəhrimar yağır. Əvvəlki yekəxanalıqdan, təkəbbürdən əsər-əlamət qalmayıb...
Nooldu, dünənə kimi min bir bəhanə ilə dialoqdan yayınırdın, indi niyə Putinlə danışmaq üçün dəridən-qabıqdan çıxırsan? Niyə səhərdən-axşama kimi Makronun zəhləsini tökürsən? Birdən-birə nə dəyişdi ki, Merkelin tumanının altında gizlənməyi özünə rəva bildin? Sənə deyilməmişdi ki, əgər erməni əsgərlərinin ölməyini istəmirsənsə, Qarabağdan rədd olun? Azərbaycan işğal altında olan torpaqların qaytarılmasını təklif edəndə niyə qulaq asmırdın? Kar idin? Müzəffər Azərbaycan Ordusunun təlimlərini izləyəndə bir gün özün kimi qorxaq əsgərlərini İrəvana qədər qovacağını görmürdün? Gözlərin kor idi? “Cıdır Düzü”ndə “Yallı” gedəndə, Azərbaycan xalqının əsəbləriylə oynayanda bilmirdin ki, bir gün gizlənməyə siçan deşiyi axtaracaqsan?
Qarabağın yolunu su yoluna döndərmişdin. Bəs indi niyə gəlmirsən? Niyə gəlib döyüşdən sağ çıxmayan əsgərlərinin leşini aparmırsan? Kişiliyin çatırsa, indi Qarabağa gəl. Gəl ki, sənin meyitini aparmaq üçün biriləri də arxanca gəlsin...
Seymur VERDİZADƏскачать dle 12.1