Bia.Az

KTMT hərbi əməliyyatlarla bağlı açıqlama yaydı

Dünya
 28-09-2020, 21:19     415

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Aleksandr Zas Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinə münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, KTMT baş katibi Aleksandr Zas adından yayılan açıqlamada təşkilatın Dağlıq Qarabağda vəziyyətin eskalasiyası ilə bağlı ciddi narahatlıq keçirdiyi ifadə olunub.

“Mövcud vəziyyət 1994-cü ildə atəşkəs haqqında sazişin və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması çərçivəsində güc tətbiq edilməməsi ilə bağlı qarşılıqlı öhdəliklərin icrasına yardım etmir. Dərhal atəşkəs rejimini bərpa etmək və ATƏT-in Minsk qrupunun apardığı danışıqlar prosesinə qayıtmaq lazımdır. Dağlıq Qarabağda münaqişənin həlli yalnız siyasi-diplomatik metodlarla mümkündür.

Kollektiv Təhlükəsizlik Şurası, KTMT-nin Xarici İşlər nazirləri Şurası öz bəyanatlarında dəfələrlə tərəfləri münaqişə vəziyyətlərini istisnasız olaraq sülh yolu ilə nizamlamağa nail olmağa, gərginliyi artırmağın qarşısını almaq məqsədi ilə təxribatçı fəaliyyətlərdən çəkinməyə çağırıb”, - deyə KTMT baş katibi vurğulayıb.

скачать dle 12.1