Bia.Az

Bakıda əli elektrik dəzgahında qalan qadının beş barmağı amputasiya edidi

Hadisə
 26-09-2020, 21:47     311

Bakıda iş yerində bədbəxt hadisə baş verib.

BİA.az xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən plasmas sexində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Mayılova Natavan Yunis qızı elektrik dəzgahında işləyərkən ehtiyatsızlıqdan sol əli dəzgahın arasında qalıb. Hadisə
yerində ağır yaralanan 45 yaşlı qadın təcili yardımın köməyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. N.Mayılova cərrahi əməliyyat olunub, həkimlərin səyinə baxmayaraq, onun sol əlinin beş barmağı amputasiya olunub.

Hadisənin təfərrüatı Nərimanov rayon Prokurorluğunda araşdırılır.  /Report

BİA.az
скачать dle 12.1