Bia.Az

Hacıqabulda vətəndaşları incidən, maskalıların qoltuğunda həbsə gedəcək məmurlardan ŞİKAYƏT

Gündəm / Bölgə
 26-09-2020, 19:26     630

Bir neçə gün əvvəl KİV-lərdə Hacıqabul rayonundan bir şikayət dərc olunub:

“Hacıqabul şəhər İsmət Qaibov küçəsi ev 1 – A mənzil 2 ünvanında qeydiyyatda olan Şirəliyeva Mətanət Əbülfəz qızı, 29.04.1993 – cü ildə Şirəliyev Yengibar Ağaverdi oğlu ilə ailə həyatı qurub.

Şirəliyev Yengibar Ağaverdi oğlu 03.05.1994 – cü ildə Ağdərə rayonunun alınması istiqamətində gedən döyüşlərdə qəlpə yarası alıb, qəhrəmancasına yaralı - yaralı döyüşüb və vətən uğründa şəhid olub.

02.02.1994 cü ildə qızları Şirəliyeva Günel Yengibar qızı dunyaya göz açıb. Şirəliyeva Mətanət Əbülfəz qızı balası Günelə, həm ata - həmdə ana olub. Çox çətinliklə şəhidimizin yadigarı Günel xanımı boya - başa çatdırıb.

Qızı Günel Şirəliyeva üçün Hacıqabul rayon İcra Hakimiyyətindən ev almaq istəyən Şirəliyeva Mətanət Əbülfəz qızı dəfələrlə icra hakimiyyətinə müraciət etsədə, heç cürə Hacıqabul rayon İcra Başçısı Rüstəm Xəlilovun qəbuluna düşə bilmir.

Şirəliyeva Mətanət, Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mirzəyev Nurbala Bəybala oğlunun özünü bəy və ya xan kimi aparaq qəbula gələn vətəndaşları kobut şəkildə təqqir ediyini bildirir.


Mirzəyev Nurbala Bəybala oğlu, Mətanət xanımıda çox kobut şəkil də təhqir edib.

Nirbala Mirzəyevin qəbuluna gələn Mətanət xanım ona qızı Günelin ev problemi olduğunu deyərək onların şəhid ailəsi olduğunu qeyd edib.


Bəybala oğlu Nurbala isə onu izteza ilə ələ sala - sala “ Bir qarı olur. O qarı həkimə oram ağrıyır - buram ağrıyır deyir. Həkim isə cavabında ona ərə getmək lazımdır deyir.” Ifadəsi bəs deyilmiş kimi hələ “ sən cavan gəlinsən, sənə ərə getmək lazımdır, nədi kişi tapa bilmirsən?” sözü ilə Mətanət xanımı kobut şəkildə təhqir edib.

Biz Redaksiyamızın adından Nurbala müəllimə Şəhid ailələrini ərə verməyi yox öz işi ilə doğru düzgün məşğul olmasızı məsləhət bilirik. Kim bilir, bəlkə Qubada, İsmaillidə İcra Hakimiyyəti başçısına etiraz edənlər bu dəfə Bəybala oğluna yerini göztərəcək? Nə isə...

Mətanət Şirəliyeva Cənab Prezidentə müraciət edərək ona və onun qızı Ggünel xanıma yardım etməklərini xahiş edir. Xahişi isə qızı Günel xanımı evnən təmin edilməsidir. Inanırıq ki Mətanət xanım evnən təmin olunacaq.

Cənab Prezidentin şəhid ailələrinə birdəfəlik 11.000 manat konpensassiya verilməsi hakda Mətanət xanımın xəbəri olmaya bilər. Bəs Hacıqabul rayon İcra hekimiyyəti bu kanpensasiya hakda niyə Mətanət xanıma məlumat vermədiyi bizə çox qaranlıq qalır.”
Bu məqalədən sonra elə həmin rayondan Azerinfo.tv redaksiyasına daha bir şikayət daxil olub.
Şikayətçi Şıxaliyev Bəhlul Saleh oğlu bildirir ki, Qarasu kəndinin sakinidir.
Sahibkardır.Hacıqabilda ona məmurlar əziyyət verib, qeyri-qanuni həbs etmək istəyirlər.
Sabiq icra başçısı Əhməd Muxtarov onu şəxsən hədələyib, səs yazıları da durur.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə edilən şikayətlər cavabsız qalıb.
Başçının köməkçisi Afiq Kərimov deyir ki, kimə istəyirsən şikayət et. Bir az xərcim çıxar. Elə bil yüngül avtoqəza keçirmişəm.
Bunlar görün nə qədər arxayınlaşıblar.
Ancaq redaksiya olaraq bildirək ki, Vilyam Hacıyev və həbs edilən diğər icra başçıları da arxayın idilər.Ancaq başları maskalıların qoltuqlarında getdilər.
Mövzuya qayıdacağıq.

BİA.az
скачать dle 12.1