Arxiv

Oxunub:310 / 25 in 08:27sosial, gundem

283 nömrəli orta məktəbdə Direktor Tünzalə Zeynalova qanun pozuntusuna niyə göz yumur?



283 nömrəli orta məktəbdə Direktor Tünzalə Zeynalova qanun pozuntusuna niyə göz yumur?













Direktor Tünzalə Zeynalova sinif rəhbərinin jurnalı cırmasına niyə razılıq verib?

Paytaxtın Binəqədi rayonunda yerləşən 283 nömrəli orta məktəbdə ağlasığmaz qanun pozuntusuna imza atılıb. Bu barədə məktəbdəki mənbələrdən məlumat daxil olub. Adının çəkilməməsini xahiş edən şəxsin sözlərinə görə, məktəb bağlanandan sonra 11-ci sinifin jurnallarından biri cırılıb: «Həmin jurnalda müxtəlif nöqsanlar mövcud olub. Buna görə də sinif rəhbəri məktəbin direktoru Tünzalə Zeynalova ilə razılaşaraq jurnalı cırıb və yenisi ilə əvəz edib. Deyilənə görə, bu məsələdən Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinin xəbəri olmayıb. Jurnal rəsmi sənəd sayılır. Onun məhv edilməsi birbaşa qanun pozuntusudur». Əldə etdiyimiz məlumatlara görə, Tünzalə Zeynalova sözügedən təhsil müəssisəsinə bu il direktor təyin edilib. Lakin onun məktəbdəki fəaliyyəti pedaqoji heyətin və şagirdlərin ürəyincə deyil. Məlumatlı mənbənin bildirdiyinə görə, Zeynalova direktor keçəndən sonra ən yaxın rəfiqəsinin həyat yoldaşını özünə təsərrüfat işləri üzrə müavin təyin edib. Onun təsərrüfat işləri üzrə müavini Arif Mirzəyevdir. Bundan başqa, direktorun komandasında təmsil olunan şəxslərin bir neçəsinin onunla yaxın münasibətdə olduğu bildirilir. Ki, bu başqa yazının mövzusudur. Qeyd edək ki, səsləndirilən ittihamları aydınlaşdırmaq üçün məktəbin əlaqə telefonuna zəng vursaq da, cavab verən tapılmadı. İnanırıq ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi yazdıqlarımızı tezliklə araşdırıb direktorun barəsində lazımi ölçü götürəcək.