Bia.Az

“Bu şəhərdə” siyasiləri parodiya edəcək - Müşviq Abbasovdan AÇIQLAMA

Şou
 1-09-2020, 21:14     1 659

Xəbər verdiyimiz kimi, koronavirus səbəbilə konsertləri təxirə düşən “Bu şəhərdə” nin aktyorları fərqlilik yaradaraq “Youtube” kanalı üçün səhnəciklər hazırlayırlar. 

Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovun iştirakı ilə ‘’Youtube’’ da yayımlayan layihədə TƏBİB-in sədri Ramin Bayramlı, jurnalist Mir Şahin Ağayev, müğənni Şəbnəm Tovuzlu və başqaları parodiya edilib. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan “Bu şəhərdə”nin prodüsseri, ssenarist Müşviq Abbasov sözügedən layihənin tamaşaçılar tərəfindən böyük maraqla qarşılandığını deyib: 

“Baxış sayına nəzər salanda onlayn səhnəciklərin insanları qane etdiyini görmək olur. Hələ ki, beş səhnəcik vermişik, onlardan üçü “YouTube”da trenddə oldu. Hər səhnəcik bir həftə, on gün trenddə qaldı. Bu gün də bir səhnəcik yerləşdirmişik, ümid edirik ki, o da eyni nəticəni göstərəcək və uzağı sabah axşama trenddə olacaq. Tanınmış şəxsləri parodiya etsək də, onlar tərəfindən bizə heç bir təzyiq olmayıb. Ümumiyyətlə, səhnəciklərə heç bir neqativ reaksiya olmayıb, şərhlərə baxanda bunu görmək mümkündür, hiss olunur ki, tamaşalar insanların xoşuna gəlib. Ramin Bayramlı səhnəciyi iki həftə trenddə oldu, onun bir həftəsini birinci yerdə idi. Eləcə də Şəbnəm Tovuzlunun və doktor Rəşid Mahmudovun parodiyası çox sevildi. Bu tip səhnəciklərin ardı olacaq, həm şou-biznes, həm də siyasət aləminin bir çox parlaq simalarının parodiyası ilə tamaşaçıların qarşısına çıxacağıq”. 

Ssenarist “Bu Şəhərdə” komandasının karantindən  sonra da ənənvi qaydada konsert verəcəyini bildirib:

“Bizim bir konsert proqramımız qalıb, ötən ilin mart ayından bəri təxirə saldığımız bir konsertimiz var. Həmin layihə bütün səhnəciklərlə birlikdə tam hazır vəziyyətdə gözləyir. Lakin sözügedən konsert üçün karantinlə bağlı əlavə səhnəciklər də olacaq. Həmin səhnəciklər sırf saray üçün nəzərdə tutulub. “Karantin toyu” layimizdəki səhnəciklər ancaq “YouTube” üçün yarayır, amma saray üçün tam başqa formatda olacaq, həm məişət,  həm sosial mövzulara toxunacağıq”. 

Müşviq Abbasov səhnəciklərin hamısına böyül maraq göstərilmədiyini etiraf edib: “Xalaşka” səhnəmiz oldu, düzdü o da trenddə idi, lakin ona maraq bir qədər az oldu. Bu nə ilə bağlıdır bilmədim. Söhbət “like” və ya “dislike”dan getmir, sırf baxış sayından. Digər səhnəciklərimiz uzun müddət trenddə qalsa da, “xalaşka” səhnəciyimiz bir ya iki gün  qaldı və trenddən düşdü. Niyəsə ona maraq az oldu, baxış sayı az idi”.

BİA.az
скачать dle 12.1