Bia.Az

Səfir geri çağırıldı - Xarici İşlər Naziri müavininin qardaşıdır

Siyasət
 17-08-2020, 20:30     456

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri ilə bağlı sərəncam verib.

Sfera.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
 
Qeyd edək ki, Dursun Həsənov Xarici İşlər Nazirinin müavininin qardaşıdır. Bi müddət əvvəl isə Ramiz Həsənovun və XİN-in digər müavini Nadir Hüseynovun hüquq mühafizə orqanlarında sorğuya çəkildiyi mediada yer almışdı.

Prezidentin digər sərəncamı ilə Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. F. Quliyev bu vaxta qədər Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini olub.

BİA.az
скачать dle 12.1