Bia.Az

Lukaşenko xalqa çağırış etdi: Məni öldürməyin!

Gündəm / Dünya
 17-08-2020, 20:21     468

Belarus prezidenti Aleksandr Lukaşenko sensasion açıqlama ilə çıxış edib.

BİA.az xarici mətbuata istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko avqustun 17-də Minsk Traktor Təkəri Zavodunda (MZKT) tətil edən işçilərə müraciətlə: "Məni məhv etməyin!”, - deyə, çağırış edib.
 
"Mən əbədi deyiləm. Amma siz ilk prezidenti məhv etsəniz, qonşu ölkələrdə olduğu kimi, hamını məhv edəcəksiniz. Belaruslar bunu etməməlidirlər”,- deyə, Lukaşenko bildirib.

O, həmçinin müqəddəs olmadığını da söyləyib.
 
"Mənim qəddarlığımdan xəbərdarsınız. Onu da bilirsiniz ki, qəddarlığım olmasa idi, ölkə də olmazdı. Əmin ola bilərsiniz ki, sizin övladlarınızı incitmərəm, ölkəni də heç kimə vermərəm”, - deyə, o, vurğulayıb.
 
Bildirək ki, Lukaşenko sözügedən zavoda oğlu Nikolayla birgə helekopterlə gəlmişdi. Zavodun ərazisi Prezidentin Təhlükəsizlik Xidməti tərəfindən qorumaya alınmışdı. Lukaşenko səlahiyyətlərini paylaşmağa hazır olduğunu bildirib, amma bunu təzyiq altında etməyəcəyini bildirib.
 
Lukaşenkonun çıxışı zamanı fəhlələr ”Çıx get!” şüarları səsləndiriblər.

BİA.az
скачать dle 12.1