Bia.Az

ƏRDOĞAN MAKRONA XƏBƏRDARLIQ ETDİ – “Gəmimizə hücum etsəniz...”

Dünya
 16-08-2020, 13:04     447

Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, əgər kimsə Türkiyənin Aralıq dənizi sularında kəşfiyyat işləri aparan tədqiqat gəmisinə və onu müşayiət edən gəmilərə hücum etsə, cavabını artıqlaması ilə alacaq.

Prezident Ərdoğan növbəti çağırışla iki fransız təyyarəsinin Fransa-Yunanıstan hərbi-dəniz təlimləri zamanı Türkiyənin «Oruc Reis» tədqiqat gəmisinin yaxınlığından uçmasından sonra çıxış edib.

«Biz dedik ki, əgər siz, bizim «Oruc Reis»ə hücum etsəniz, yüksək bədəl ödəyəcəksiniz» - deyə, Ərdoğan Ankarada bəyan edib.
On altıncı əsrdə yaşamış məşhur Osmanlı admiral Oruc Reisin şərəfinə adlandırılmış gəmi bu həftə Kastelorizo adası rayonunda kəşfiyyat-tədqiqat işlərinə başlayıb. Bu ada Yunanıstana aid olsa da, Türkiyənin Antalya əyaləti sahilinin cəmi 2 kilometrliyində yerləşir.

Fransanın prezidenti Emmanuel Makron avqustun 12-də bəyan edib ki, Avropa İttifaqının (Aİ) və NATO-nun üzvü olan Yunanıstanı dəstəkləmək üçün Aralıq dənizinin şərq hissəsinə əlavə hərbi güc göndərir. Makron həm də Türkiyəni kəşfiyyat işlərini dayandırmağa və Afina ilə mübahisəli məsələləri danışıqlar masası arxasında həll etməyə çağırıb.

Növbəti gün, cümə axşamı Yunanıstan KİV-i xəbər veriblər ki, Fransa hərbi-hava qüvvələrinin (HHQ) iki «Rafale» qırıcısı «Oruc Reis» gəmisinin və onu müşayiət edən Türkiyə hərbi gəmilərinin üzərindən uçub.

Fransa-Yunanıstan hərbi-dəniz təlimlərində Fransanın iki gəmisi: “La Fayette” freqatı və «Tonnere» vertolyot daşıyan gəmisi, Yunanıstan tərəfdən isə 4 freqat (Spetsai, Aegean, Koundouriotis və Limnos) iştirak edir.

Yeri gəlmişkən, “Limmons” freqatı o gəmidir ki, guya çərşənbə günü səhər “Oruc Reis” gəmisinin müşayiətçiləri sırasında olan Türkiyənin «Kemal Reis» freqatı ilə toqquşub. Yunanıstan KİV-nin xəbərinə görə, toqquşma nəticəsində bir neçə yunan dənizçi zədələnib. Onlar həm də xəbər veriblər ki, Türkiyə gəmisi toqquşma nəticəsində yararsız hala düşüb (Erməni stili deyilmi?). Ankara bu informasiyanı təkzib edib.

Ötən dövrlərdə Türkiyə və Yunanıstan dəfələrlə öz aralarında vuruşublar. Sonuncu müharibə yüz il əvvəl (1919-1922) baş verib və yunanların kütləvi halda Türkiyə ərazilərindən çıxması ilə nəticələnib.

1974-cü ildə Türkiyə ordusu Kiprə daxil olub və adanın şimal hissəsində yaşayan etnik türklərin respublikasını dəstəkləyib. Şimali Kiprin Türk respublikası Kipr hökuməti Yunanıstanla birləşmək barədə planlarını elan edəndən sonra Nikosiyadan ayrılıb. O vaxtdan Kipr iki hissəyə bölünüb: Yunan Kipri (Aİ üzvüdür) və Türk Kipri.

Həm Yunanıstan, həm də Türkiyə NATO üzvü ölkələrdir, amma bununla yanaşı Afina həm də Avropa İttifaqının üzvüdür və bu birliyin yekdil dəstəyindən istifadə edir.

Yunanıstanın çağdaş davranışı açıq göstərir ki, yunanlar hələ də tarixin dərslərindən ibrət götürməyiblər və onların məğlubiyyətdən doğan düşmənçilik mərəzi dövri olaraq baş qaldırır.

BİA.az
скачать dle 12.1