Bia.Az

“Ölkəmdə mənə Tanrı kimi baxırlar" - Mane

Gündəm
 29-02-2020, 15:39     371

“Ölkəmdə mənə Tanrı kimi baxırlar" - Mane"Seneqalda hamı “Liverpul”a azarkeşlik edir. Ancaq iki il əvvəl belə deyildi. O vaxt "Mançester Yunayted", "Barselona" və "Real Madrid" tərəfdarları daha çox idi".

bia.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Liverpul"un futbolçusu Sadio Mane deyib. 27 yaşlı hücumçu ölkəsində ona görə "mersesaydılar"a azarkeşlik edildiyini söyləyib:

"Təsəvvür edin ki, “Liverpul” oynayanda sanki Seneqal millisinin matçı keçirilir. Diqqət bu qədər böyükdür. Buna görə də Premyer Liqanı qazansaq, möhtəşəm olacaq. Mənə Tanrı kimi yanaşırlar. Onlar belə bir səviyyəyə çatdığım üçün yalnız sevinir və bununla qürurlanırlar”.скачать dle 12.1