Arxiv

Oxunub:244 / 19 in 07:08idman

Portuqaliya millisi Avstriyanın müqavimətini qıra bilmədi



Portuqaliya millisi Avstriyanın müqavimətini qıra bilmədi




















Kriştianu Ronaldo penalti zərbəsini qola çevirə bilməyib

Fransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin ikinci turunun son oyununda Portuqaliya və Avstriya yığmaları qarşılaşıblar.

Parisin “Park de Prens” arenasında keçirilən matç qolsuz bərabərliklə yekunlaşıb.

Qarşılaşmanın başa çatmasına 12 dəqiqə qalmış Kriştianu Ronaldo 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, matça start heyətində çıxan Ronaldu 128-ci dəfə Portuqaliya yığmasının formasını geyinib. “Real”ın hücumçusu bununla Luiş Fiqunun rekordunu yeniləyib.