Arxiv

Oxunub:249 / 16 in 10:24iqtisadiyyat

Azərbaycanda 34 min rəsmi işsiz var – STATİSTİKA



Azərbaycanda 34 min rəsmi işsiz var – STATİSTİKA




















İşsizliyə görə müavinətin orta məbləği 250,1 manat olub

Bu il iyunun 1-ə ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 milyon 945,2 min nəfər olub, onlardan 4 milyon 700,3 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Cari ilin mayın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 501,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 891 min nəfər, qeyri-dövlət sektorunda isə 610,6 min nəfər təşkil edib.

İqtisadiyyatın neft sektorunda 34,4 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 467,2 min nəfər çalışıb. Bu ilin yanvar-aprel aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 148,3 saat təşkil edib.

2016-ci il iyun ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 34 min nəfər olub, onların 37,8%-ni qadınlar təşkil edib.

İşsizliyə görə müavinətin orta məbləği 250,1 manat olub.