Bia.Az

13 min nəfərin birdəfəlik ödəməsi ləğv edildi

Sosial
 7-08-2020, 12:57     381

"Ölkə üzrə təxminən 13 min şəxsin 190 manatlıq birdəfəlik ödəmədən sonradan yararlanması ləğv edilib". 

 Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, onlardan 3 minində müxtəlif gəlir mənbələri aşkar edilib.

S.Babayev bildirib ki, ödəmə verilməsi dayandırılan daha 10 min insana isə iş yeri taparaq əmək müqaviləsi imzalayanlar da daxildir:

"Ödənişi alandan sonrakı aylarda ictimai iş yeri tapanlar üçün ödəmə dayandırıldı.  SMS icazə sistemi aktivləşəndən sonra qeyri-leqal işdə çalışanlar da məcburi əmək müqaviləsi imzalamalı oldular. Bununla da 10 min insan əmək müqaviləsi səbəbindən birdəfəlik ödəmədən kənarlaşdırılıb".

BİA.az
скачать dle 12.1