Arxiv

Oxunub:341 / 30 iy 14:16sosial, gundem

Xəzər dənizinin çirklənmə problemi tam aradan qaldırılacaq



Xəzər dənizinin çirklənmə problemi tam aradan qaldırılacaq

Abşeron rayonunun çirklənmiş ərazilərinin böyük hissəsi çirkabdan təmizlənib. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.

Onun sözlərinə görə, bu istiqamətdə görülən işlər öz bəhrəsini verməkdədir.

Ölkədəki ekoloji durumun yaxşılaşdırılması ilə bağlı aparılan monitorinqlərin əvvəlki illərlə müqayisədə ürəkaçan olduğunu deyən direktor müavini hesab edir ki, görülən işlər davam etdirilməlidir: “1990-cı illərə qədər Abşeron torpaqlarında çirklənmiş ərazilər 1000 hektarlarla idi. Artıq o ərazilər xeyli azalıb. Çirklənmiş ərazilər təmizlənərək istifadəyə verilib. Amma təbii ki, bu son deyil, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu istiqamətdə işlər davam etdirilir”.

M.Avazova Xəzər dənizinin suyunun təmizlənməsi yönündə aparılan işlərə də toxunaraq bildirib ki, monitorinqlərin nəticələri məqbuldur: “Dəniz suyunu həm biz, həm də Səhiyyə Nazirliyi monitorinq edirik. Artıq ərazidən keçən çirklənmiş mənbələrdə çirkabların qarşısı alınıb. Bu baxımdan çox böyük işlər görülüb. Düşünürəm ki, yaxın gələcəkdə dəniz suyunun çirklənmə problemini tamamıilə aradan qaldırmağa müvəffəq olacağıq”.