Arxiv

Oxunub:300 / 30 iy 13:47sosial, gundem

Tovuzda "Tariximizi yaxşı öyrənmək hər bir gəncin vəzifəsidir" adlı tədbir keçirilib



Tovuzda "Tariximizi yaxşı öyrənmək hər bir gəncin vəzifəsidir" adlı tədbir keçirilib

Tovuzun ən böyük kəndlərindən biri olan Xatınlıda millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-nin təşkilatçılığı ilə "Tariximizi yaxşı öyrənmək hər bir gəncin vəzifəsidir" adlı tədbir keçirilib və gənclərlə bu istiqamətdə geniş müzakirələr aparılıb, onlara tariximiz, işğal altında olan torpaqlarımıza aid kitablar hədiyyə edilib. Bir sıra müəllim və kənd ziyalıları bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunaraq tariximizin öyrənilməsi ilə bağlı belə görüşlərə böyük ehtiyac olduğunu, uşaqlarla müzakirələrə və onların hər birinə kitab hədiyyələrinə görə millət vəkili Qənirə Paşayevaya təşəkkürlərini bildiriblər.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual ,vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir. Q.Paşayeva hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməyə çağırıb.

O, bildirib ki, hər bir gəncimiz Azərbaycan tarixi, dili, ədəbiyyatı və coğrafiyasını hansı peşənin sahibi olmaq arzusundan asılı olmayaraq yaxşı öyrənməli, həqiqətlərimizi daha genişbilməli, yaymalı, dünyanın hər yerində ökəmiz, millətimiz, onun trixi ilə bağlı yalan və yanlış məlumat yayanlara qarşı daima mübarizə aparmalıdır. Onlara 20-ci əsrin əvvəlində erməni silahlı,terror dəstələrinin torpaqlarımızda törətdiyi vandalizm aktları, soyqırımlar, 20-ci əsrin sonlarında Ermənistanın işğal etdyi torpaqlarımızda törətdiyi cinayətlər və soyqırımlar barədə geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva gənclərimiz təkcə işğal altında olan torpaqlarımız deyil bu gün Ermənistan adlı dövlətin üzərində qurulduğu tarixi ata-baba torpaqlarımızdakı tarixi da dərindən öyrənməli və bütün dünyada hər zaman yaymalıdır deyib.

Qənirə Paşayeva hər bir uşaqla ayrıca söhbət edib, Azərbaycan tarixi, ədəbiyyatı ilə bağlı əsərləri və öznüün müəllifi olduğu kitablarını onlara imzalı hədiyyə edib və kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən,onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib. O, uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamandan faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb.

Millət vəkili Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verlişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”. Görüşün sonunda Q.Paşayeva uşaqlara, gənclərə və müəllimlərə Azərbayca tarixi, ədəbiyyatı ilə bağlı əsərləri və özünün müəllifi olduğu kitabları imzalı hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu kitablar hədiyyə edib.