Bia.Az

MİLLİ QƏHRƏMAN TƏBRİZ XƏLİLBƏYLİ HAQQINDA FİLMİN TƏQDİMATI KEÇİRİLDİ

Bia Tv
 28-02-2020, 13:09     1 002

MİLLİ QƏHRƏMAN TƏBRİZ XƏLİLBƏYLİ HAQQINDA FİLMİN TƏQDİMATI KEÇİRİLDİNizami kino mərkəzində Musazadə Kəmalə Mehralının müəllif və rejissorluğu ilə Milli Qəhrəmanımız,Xəlil Rza Ulutürk yadigarı Xəlilbəyli Təbriz Xəlil Rza oğlu haqqında çəkilmiş filmə baxış keçirilmişdir.
Filmin nümayişini seyr etmək üçün Milli Qəhrəmanın anası 87 yaşlı Firəngiz xanım, Təbrizin həyat yoldaşı,övladları, çoxsaylı sağ qalmış döyüş yoldaşları, tələbə yoldaşları, yaxın qohumları,ictimayyət, mətbuat nümayəndələri, kino sənətinin biliciləri və daim sadə xalq nümayəndələri arasında olan Millət Vəkilimiz Qənirə xanım Paşayeva da var idi.
Xəlilbəyli Təbriz Xəlil Rza oğlu 1964-cü il fevralın 12-də Bakı şəhərində - xalq şairi Xəlil Rza Uluturkün ailəsində dünyaya göz açıb. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirir. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. Təhsilini Kütləvi tamaşalar üzrə rejissor fakültəsində qiyabi yolla davam etdirməklə o, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyir.
Ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları Təbrizi gecə-gündüz rahat buraxmırdı. O, bütün varlığı ilə cəbhəyə getməyə can atır. Dağlıq Qarabağı işğalçılardan təmizlənməsində iştirak etmək istəyirdi. 1991-ci ilin sonlarında o, könüllü olaraq cəbhəyə yola düşdü.
Təbriz qısa döyüş yolu keçsə də, yoldaşları arasında böyük nüfuz və hörmət qazanmışdı. Onu cəsur bir döyüşçü kimi tanıyırdılar. Xromort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, dəfələrlə qəhrəmanlıq nümunəsi göstərmişdi.
Təbriz Xəlilbəyli neçə-neçə yaralı əsgəri atəş altından çıxarmış, düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. Döyüş şücaətlərinə görə o, DİN-nin “Boz qurd” mükafatına layiq görülmüşdü.
O, 1992-ci il yanvar 31-ində baş verən döyüşdə qəhrəmancasına həlak oldu.
Ailəlidir. İki qızı var.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Xəlılbəyli Təbriz Rza oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı evin qarşısına Xatirə lövhəsi vurulub.
Mavi Xəzərimizdə onun adını daşıyan gəmi də üzür.
Ruhu şad olsun.

ABİL İSLAM
ATA TV - nin xəbər portalının direktoru.
Fotolar Abil İslamındır.

Videoçəkiliş "İctimai xəbər agentliyi" MMC. " ATA Tv.az " - " Ata Media.az" - ın rəhbəri Rasafil Bayramov tərəfindən aparılmışdşr.

MİLLİ QƏHRƏMAN TƏBRİZ XƏLİLBƏYLİ HAQQINDA FİLMİN TƏQDİMATI KEÇİRİLDİскачать dle 12.1