Bia.Az

Gürcüstandan azərbaycanlıların növbəti təxliyəsi hazırlanır

Cəmiyyət
 28-07-2020, 14:24     342

Gürcüstanda qalan Azərbaycan vətəndaşları və soydaşlarımızın növbəti təxliyəsinə hazırlıq görülür.

Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslər arasında 150-yə yaxın Azərbaycan vətəndaşı və təxminən 100 nəfər gürcüstanlı soydaşımız var. Siyahıda azərbaycanlı olan 8 Rusiya və 1 Türkiyə vətəndaşı da yer alıb.

Qeyd olunub ki, təxliyə olunacaq şəxslər bu gün Tbilisidə xüsusi laboratoriyada koronavirusla bağlı testdən keçirilirlər.

COVID-19 testi neqativ nəticələnəcək azərbaycanlılar iyulun 29-da saat 10:00-da 4 avtobusla Azərbaycan səfirliyinin binası qarşısından “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Xatırladaq ki, indiyədək Gürcüstan ərazisi vasitəsilə 1 000 Azərbaycan vətəndaşı Vətənə çatdırılıb.

BİA.az
скачать dle 12.1