Arxiv

Oxunub:207 / 07 in 09:21sosial

Azərbaycanda hava pisləşəcək - XƏBƏRDARLIQ



Azərbaycanda hava pisləşəcək - XƏBƏRDARLIQ




















Havanın temperaturu enəcək

Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, iyunun 7-si axşamdan 10-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit olacağı, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.