Bia.Az

“Gürcüstan-Azərbaycan münasibətlərində heç bir narahatlıq ola bilməz” - Spiker

Siyasət
 24-07-2020, 15:07     308

“Gürcüstanın strateji tərəfdaşları ilə yaxşı münasibətləri var və bu əlaqələr gələcəkdə də fasiləsiz davam edəcəkdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Arçil Talakvadze jurnalistlərə açıqlamasında bildirib.

Serbiyadan hərbi sursatın Gürcüstan üzərindən Ermənistana daşınması ilə bağlı yayılan məlumatları şərh edən spiker onları əsassız adlandırıb:

“Bu, konkret KİV-in heç bir əsasa söykənməyən versiyasıdır. Strateji tərəfdaşlarımızla yaxşı münasibətlərimizin gələcəkdə də rəvan davam etdirilməsi prioritet vəzifəmiz olacaq. Yayılan informasiyaların heç bir əsası yoxdur. Sizi əmin edirəm ki, Gürcüstan və Azərbaycan arasındakı münasibətlərdə heç bir narahatlıq ola bilməz”.

BİA.azскачать dle 12.1