Bia.Az

Moskvada ermənilərlə azərbaycanlılar arasında toqquşma - Yaralananlar var

Fakt
 24-07-2020, 13:28     655

Ötən gecə Moskvada ermənilərlə azərbaycanlılar arasında kütləvi dava baş verib.Virtualaz.org bildirir ki, bu barədə REN TV məlumat yayıb.

Məlumata görə, hadisə Lyublinskaya və Nijnie Polya küçələrinin kəsişməsində qeydə alınıb.

Ümumilikdə davada 30-a yaxın insan iştirak edib. Hadisə yerinə “Rosqvardiya”nın əməkdaşları gəliblər.

RİA Novosti Rusiya Daxili İşlər Nazirliyi Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən bildirir ki, davadan sonra 13 nəfər saxlanılıb. Kəsilmiş çiyin yarası olan iştirakçılardan biri xəstəxanaya aparılıb.

BİA.azскачать dle 12.1