Bia.Az

"Qazilərimizə təhsil ödənişində güzəştlərin verilməsi yaxşı olar" - Deputat Vüqar Bayramov

Siyasət
 22-07-2020, 20:20     330

Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Vüsalə Məmmədova qazilərin də təhsil haqlarından azad edilməsi ilə bağlı təşəbbüslə çıxış edib.

Vüsalə Məmmədova bununla bağlı özünün "facebook" səhifəsindən paylaşdığı yazıda bildirib ki, bu torpağı müqəddəsləşdirən təkcə şəhid qanı deyil, hər bir qazi də onlar qədər dəyərlidir : "Ölkəmizdə şəhid, itkin və qazi övladları təhsil haqqından azaddırlar. Bəs qazilər özləri? Onlar niyə təhsil haqqı ödəməlidirlər? İndi ki, bu savaş hələ çox davam edəcək, nə qədər ki, Qarabağ uğrunda Qarabağı görməyən oğullar şəhid olacaq, bu qərarın yenidən gözdən keçirilməsinə ehtiyac olduğunu düşünürəm. Dostluğumda olan ziyalıları, millət vəkillərini, jurnalistləri bu məsələni gündəmə gətirmələrini xahiş edirəm..."

"AzPolitika.info" tanınmış jurnalistin açıqlaması ilə bağlı millət vəkili Vüqar Bayramovun mövqeyini öyrənib.

"Azərbaycanda həm qazilərə, həm də şəhid ailələrinə xüsusi diqqət var. Tovuz istiqamətində baş verən hərbi toqquşmalar zamanı şəhid olan hərbiçilərin və mülki şəxlərin ailələrinə olan münasibət xalqın onlara böyük sevgisisini göstərir. Təbii ki, qazilərə dövlət dəstəyinin artırılması da hər zaman prioritet məsələlərdəndir. Necə ki, 2019-cu ildə biz qazilərin mənzillə təminatı, sosial vəziyyətlərinin yaxşılaşdırılması iqtiqamətində atılan addımların genişlənməsini müşahidə etdik" -deyə Vüqar Bayramov qazilərin təhsil haqlarından azad edilməsi ilə bağlı təşəbbüslərə münasibət bildirərkən deyib.

Qarabağ bölgəsindən millət vəkili seçildiyi xatırladan V. Bayramov, təmsil etdiyi rayonda məcburi köçkünlərin həyat şəraiti yaxşılaşdırılarkən prioritet olaraq qazilərin və şahid ailələrinin götürüldüyünü vurğulayıb: "Onların mənzillə təminatı ilk növbədə həyata keçirilir. Əlbəttə, təhsil haqların ödənilməsində də qazilərə güzəştlərin verilməsi məqəsəduyğun olardı. Hər halda Milli Məclisə, Təhsil Komitəsinə bununla bağlı təklif gələrsə, mən onu dəstəkləyəcəm
".

Müəyyənləşmiş strategiyaya görə dövlət hesabına təhsi alanların sayında ilbəil artım olduğunu qeyd edən deputat növbəti illərdə də onların sayının daha da artacağını bildirib: "Bu baxımdan qazilərimizin də güzəştli kateqoriyaya düşməsi yaxşı olardı. Güman edirəm ki, qarşıdakı illərdə qazilərimizə dövlət dəstəyinin güclənməsini, onların imtiyazlarının artrılmasını müşahidə edəcəyik".

BİA.azскачать dle 12.1