Bia.Az

Məktəblər sentyabrın 15-də açılacaq? - RƏSMİ

Cəmiyyət
 21-07-2020, 16:34     314

Artıq beş aydır ki, ölkəmiz pandemiya ilə mübarizə aparır. Hələ koronavirus Azərbaycana yeni ayaq açmağa başladığı dönəmdə təhsil sistemində ciddi addımlar atılaraq bir sıra dəyişikliklər edildi.

Təxminən 4 ay şagirdlər və tələbələr təhsillərini onlayn şəkildə davam etdirdilər. Bu isə bir sıra həlli vacib olan problemlərin mövcudluğunu ortaya çıxardı. Belə ki, şagirdlərin bir qismi internet problemi, digər qismi isə texnoloji avadanlıqların çatışmazlığı ilə əlaqədar tədris prosesindən kənarda qaldılar. Məlum olduğu kimi, hazırda da 16 bölgəmizdə karantin rejimi davam etdirilir. Bu səbəblə sentyabrda növbəti dərs ilinin başlamasının mümkün olmayacağı ilə bağlı fikirlər səslənir. Maraqlıdır, yeni dərs ili nə vaxt başlayacaq?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, dərslərin nə vaxt başlayacağını indidən demək mümkün deyil:

“Bununla bağlı məlumatlar yəqin ki, növbəti ayın ikinci yarısında bəlli olacaq. Təhsilin bütün formaları ilə bağlı biz həmişə tədbir görürük. Gələcəkdə olacaq işlərlə bağlı müxtəlif yanaşmalar var. Vəziyyət təhlil edilir. Təhsilin istər ənənəvi, istərsə də onlayn forması üçün lazım olan tədbirlər görülür ki, növbəti dərs ilindən tədris prosesi daha uğurlu olsun”.

BİA.azскачать dle 12.1