Bia.Az

Oğuzda 4 kəndin minə yaxın abonenti qazsız qalıb

İqtisadiyyat
 28-02-2020, 15:41     469

Oğuzda 4 kəndin minə yaxın abonenti qazsız qalıb

Bu gün gecə saatlarında əsən güclü külək qaz təsərrüfatına da fəsadsız ötüşməyib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, Oğuz rayonunun Bucaq, Calut, Muxas, Bayan kəndlərini qazla təmin edən 159 mm diametrində olan orta təzyiqli qaz xətti aşan irigövdəli ağacın altında qalıb. Nəticədə kəmərə ciddi zərər dəyib.

Kəmərin zədələnmiş hissəsinin təmiri ilə bağlı təhlükəsizlik tədbiri olaraq 4 kəndin minə yaxın abonentinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.скачать dle 12.1