Bia.Az

Azərbaycana Köçəryan və Sərkisyan təslim oldu - Papoyan

Gündəm
 12-12-2023, 02:01     356

Qarabağ separatçılarının kapitulyasiya aktına Ermənistanın keçmiş prezidentləri Köçəryan və Sərkisyan imza atıb.

Yenipress.az xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Gevorq Papoyan deyib.

“Onlar “dqr ordusunu” darmadağın edib, silahlarını Azərbaycana verib, “dqr”in “parlamentini” buraxıb, amma Ermənistana gəliblər ki, “artsax parlamentinin sessiyasını” keçirsinlər? Bu, Ermənistana qarşı bir bombadır və qəbuledilməzdir. “Dqr”in təslim olmasına dair sərəncamı Şahramanyan yox, Köçəryan və Sərkisyan imzalayıb”, - o bildirib.скачать dle 12.1