Bia.Az

Məhərrəm Əliyevi vəzifədən uzaqlaşdıran kimdir? – Sensasion iddia

Siyasət
 11-12-2023, 00:54     304

Məhərrəm Əliyev Belarusa səfir göndərildi.

 Əslində bubir ay əvvəl olubOnun polis orqanlarındakı fəaliyyəti ilə işim yoxduramma Prezidentin hərbi məsələlər üzrə köməkçisi vəzifəsində Tərtər qurbanlarının şikayətlərini dinləyib kömək etmək istəyən yeganə dövlət rəsmisi idi.

Yenipress.az xəbər verir kibu sözləri politoloq Ərəstun Oruclu deyib.

“Tərtər qatillərinin təşkilatlandığı, "İlham Əliyev bu işin üzərinə gedərsə, ölkədə çevriliş baş verəcək" mesajını verdiyi bir vaxtda çox simptomatik hadisədir. Xatırladım ki, Tərtər qətliamı törədiləndə də Prezidentin digər bir köməkçisi, Vahid Əliyev eyni vəzifədən kənarlaşdırılmışdı.

İndi maraqlıdır ki, "mətbəxə" yerləşdirilmiş "köstəbək" kimdir? Bunu isə tapmaq çox asandır: Vahid Əliyevin və indi də Məhərrəm Əliyevin kənarlaşdırılması təklifini kim(lər) verdisə, köstəbək(lər) də odur və ya onlardır”, - Ə.Oruclu bildirib.скачать dle 12.1