Bia.Az

Ermənistana qayıdış: İrəvan razılaşmanı necə pozur?

Gündəm
 11-12-2023, 00:49     333

İlham Əliyev “Avronyus”a müsahibəsində bildirdi ki, ermənilərin Azərbaycana qayıdışı azərbaycanlıların Ermənistana qayıdışı ilə eynilik təşkil edir.

Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsi indiyə qədər danışıqlar masasında müzakirə olunub: 15 iyulda Brüsseldə keçirilən üçtərəfli görüşdə “tərəflər öz ərazilərində milli azlıqların hüquqlarının təmin edilməsinə təminat verməyə qarşılıqlı şəkildə razılaşıb”; bu görüşdən 10 sonra – 25 iyulda XİN rəhbərlərinin Moskva görüşündə də eyni məsələ gündəmə gəlib.

Qarabağda erməni separatizminin ləğvindən sonra Ermənistanın erməni əhalini kütləvi şəkildə bölgəni tərk etməyə sövq etməsinin arxasındakı hədəflərdən biri də budur: erməni əhalisi Qarabağda Azərbaycan vətəndaşı olaraq yaşayacaqdı, onların hüquqları təmin olunacaqdı və bu, İrəvanın da azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını təmin etməsinin vacibliyini aktuallaşdıracaqdı; İrəvan erməniləri Qarabağdan çıxarmaqla bu məsələdən yayınır, eyni zamanda, artıq Ermənistanda olan “Qarabağın erməni əhalisindən” Bakının azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tələbindən imtina etməsinə qarşı kart kimi istifadə edəcək.

Hərçənd, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsi sülh danışıqlarında həll edilməsə belə, rəsmi Bakı üçün prioritet istiqamətlərdən biri olaraq qalacaq. Çünki “Qarabağın erməni əhalisi”ndən fərqli olaraq, Qərbi azərbaycanlılar beynəlxalq hüquqa uyğun, qaçqın sayılır və Ermənistan ərazisində mülkiyyət haqları var.скачать dle 12.1