Bia.Az

Bakı küçələrində “asan” oğurluq: - müşahidə kameraları “gözünü yumub”

Cəmiyyət
 9-12-2023, 15:53     397

Bakıda yağış və digər mənbələrdən qaynaqlanan suların küçələrdə yığılmaması və axıdılması üçün nəzərdə tutulan kanalizasiyaların dəmir barmaqlıqlarının (qapaqlarının) oğurlanması halları qeydə alınıb.

Paytaxt sakinlərindən AYNA-nın redaksiyasına göndərilən fotoşəkillərə baxanda bu fenomenin şəhərdə geniş vüsət aldığı görünür. Artıq qış gəlib, hava bizi sevindirsə - Bakıda qışda qar olmasa belə, yağış suyu girişlərinin olmaması kanalizasiyalarda tıxanmalara səbəb ola bilər.

Drenaj boruları düşmüş yarpaqlar, toz, siqaret kötükləri və tikinti tullantıları ilə tıxanacaq. Nəhayət, drenaj sistemi öz funksiyasını yerinə yetirməyərək, çürümüş zibil və durğun tullantı sularının "qoxusunu" yayacaq.

Biz hələ insan həyatı üçün təhlükədən danışmırıq: qaranlıqda və ya zəif “İliç lampaları” işığında küçədən keçən insanlar, bu boşluğa düşmək və ən azı, ayağını sındırmaq təhlükəsi ilə üzləşirlər.

Maraqlıdır ki, müasir Bakıda yağız suyu drenaj barmaqlıqlarını və hətta kanalizasiya yuvalarının qapaqlarını oğurlamaq cinayətkarlar üçün çox risklidir. Yollarda oğurluq hadisələrini qeydə ala bilən çoxsaylı videomüşahidə kameraları quraşdırılıb. Və qanunla metal qırıntılarının qəbulu məntəqələrinin kommunal müəssisələrin mülkiyyətində olan əşyaları (kanalizasiya qapaqları, zibil qutuları, park heykəlləri, hasar hissələri, küçə lövhələri, elektrik kabelləri və s.) qəbul etmək hüququ yoxdur.

Amma Bakıda yağış sularının axıdılması üçün barmaqlıqların oğurlanması halları qeydə alındığından, bu, o deməkdir ki, metal qırıntıları qəbulu məntəqələri hələ də oğurlanmış metalı almağa hazırdır. Əks halda onları oğurlamağın mənası omazdı.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli mövzuya dair AYNA-ya açıqlamasında təsdiq edib ki, Bakıda belə hallara tez-tez rast gəlinir: “Əsasən magistral yollarda yağış sularının axıdılması üçün qoyulan drenaj sisteminin metal barmaqlıqlarının oğurlanması halları qeydə alınır. Bununla bağlı dəfələrlə polisə müraciət etsək də, belə hallar təkrarlanır”.

“Belə hallar aşkar olunduğu zaman Agentlik yağış sularının axıdılması sisteminə yeni barmaqlıqlar quraşdırır. Bir çox ölkələrdə belə halların qarşısını almaq üçün kanalizasiya “lyukları”, barmaqlıqlar və yağış suyu girişləri xüsusi rolik mexanizmləri və kilidləmə qurğuları ilə təchiz olunub, lakin, bu da oğruluq etmək istəyənlər üçün ciddi maneə olmayacaq. Bu oğurluqlar nəticəsində yol infrastrukturuna külli miqdarda ziyan dəyir”, - deyə AAYDA sözçüsü bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yağış sularının axıdılması sisteminin metal barmaqlıqlarının oğurlanması ilə bağlı AAYDA-dan daxil olan müraciətlərə polis operativ reaksiya verir.

Qeyd edək ki, cəmi bir neçə il əvvəl Bakıda kanalizasiya yuvalarının qapaqlarının kütləvi oğurluq halları baş verirdi. Bu halların qarşısını almaq üçün “Azərsu” ASC ənənəvi çıxarıla bilən qapaqların yerinə, xüsusi petlələrlə bazaya bərkidilmiş qapaqların quraşdırılmasına başlayıb.

İndi cinayətkarlar daha yüngül çəkiyə malik olan və metal qırıntıları toplama məntəqələrinə çatdırılmaq üçün kiçik parçalara kəsilə bilən yağış sistemi qapaqlarına keçiblər. Axı, oğurlanmış belə metal barmaqlıqları satmaq üçün heç bir yer olmasaydı, heç kim də oğurlamazdı.

Və əgər belədirsə, o zaman polis metal qırıntıları toplama məntəqələri ilə daha fəal işləməli və fəaliyyətini gücləndirməlidir. Xüsusilə, metal qırıntıları almaqla, internet saytlarında reklam yerləşdirməklə məşğul olan, sonra əlaqə saxlandıqda göstərilən ünvana gedən şəxslərlə bunu etmək lazımdır. İnternet saytlarında bu cür reklamlar çoxdur və metal qırıntıları alıcılarını təklif olunan malın mənşəyi yəqin ki, maraqlandırmayacaq.

Aşağıdakı fotolarının ilk ikisi Ziya Bünyadov və Azaqlıq prospektlərinin kəsişməsində, üçüncüsü Akim Abbasov küçəsində ("Üç Tac"ın qarşısı), dördüncüsü isə Azadlıq prospekti ilə Möhsün Sənani küçəsinin kəsişməsində çəkilib.

Bakı küçələrində “asan” oğurluq:
Bakı küçələrində “asan” oğurluq:
Bakı küçələrində “asan” oğurluq:
Bakı küçələrində “asan” oğurluq:скачать dle 12.1