Bia.Az

Bu, Paşinyanın işinə yarayır... - AKTUAL

Siyasət
 9-12-2023, 15:52     374

Azərbaycan prezidenti İlham Əliyevin erkən prezident seçkisi qərarından sonra Ermənistanın baş naziri Nikol Paşinyan də eyni qərarı verib, erkən parlament seçkisi barədə düşünə bilər. Gələn il iki ölkə arasında danışıqlar intensivləşəcək, Ermənistan müxalifəti indidən Nikol Paşinyanı sülh sazişində Azərbaycana güzəştə getməkdə ittiham edir. Erkən parlament seçkisi vasitəsilə əlini gücləndirəcəyini planlaşdıran Paşinyan müxalifəti zəiflədib İlham Əliyevlə danışıqlarda arxaya boylanmadan nəticə əldə etmək istəyə bilər. Paşinyan həm də ona arxayındır ki, Ermənistanın susqun çoxluğunun ona olan dəstəyi azalmayıb. Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsi və iki ölkə arasında atılacaq digər addımlar Paşinyanın mövqelərini daha da gücləndirəcək. Ermənistan cəmiyyəti İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra müharibə istəmir, Azərbaycan və Türkiyə ilə məsələlərin danışıqlar yolu ilə həllini istəyir. Bu, Paşinyanın işinə yarayır.

Müəllif: Elxan Şahinoğlu
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu
скачать dle 12.1