Bia.Az

Kremldən Bakı və İrəvanın birgə bəyanatına reaksiya - Video

Gündəm
 9-12-2023, 02:11     471

Rusiya Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq, eləcə də sülh müqaviləsi bağlamaq niyyəti barədə birgə bəyanatını müsbət qiymətləndirir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Moskva Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikasının Baş naziri Aparatının iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin bağlanması üzrə qarşılıqlı niyyətini təsdiqləyən birgə bəyanatını məmnunluqla qarşılayır. Rusiya nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh müqaviləsinin bağlanması və vətəndaş cəmiyyəti vasitəsilə təmasların qurulmasında bundan sonra da hər cür yardım göstərməyə hazırdır. Bakı ilə İrəvan arasında Ermənistan və Azərbaycan hərbi qulluqçularının azad edilməsinə dair razılaşmanı alqışlayırıq”, - o bildirib.

скачать dle 12.1