Bia.Az

Erməni deputatlar sülh mətni ilə tanış oldu: “Təhlükə” varmış...

Gündəm
 9-12-2023, 02:09     439

Ermənistan parlamentinin müxalifətdən olan deputatları Kristin Vardanyan, Anna Qriqoryan və Geqam Manukyan Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasına dair sazişlə bağlı iki ölkənin son təklifləri ilə tanış olublar.

Axar.az xəbər verir ki, bu barədə 3 deputatın birgə açıqlamasında qeyd edilib.

Onlar bildirib ki, israrlı müraciətlərdən sonra bu gün Ermənistan XİN-də sülh sazişinin müzakirə edilən mətni ilə tanış olmaq imkanı yaradılıb.

“Bu anda aşağıdakıları qeyd edə bilərik: Tam məxfi kimi qeyd olunan sənədin bütün bəndlərini dərc edə bilməsək də, qeyd edək ki, təkliflərlə tanış olmaq onun təhlükəsini təsdiqlədi və bu məsələ ilə bağlı əvvəllər söylədiyimiz bütün qorxuları gücləndirdi”, - onlar birgə açıqlamada vurğulayıblar.скачать dle 12.1