Bia.Az

Dünya Ərdoğanın bu addımından danışır: Böyük təsirləri olacaq

Dünya
 8-12-2023, 12:44     298

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 6 ildən sonra Yunanıstanın paytaxtı Afinaya rəsmi səfəri dünya mətbuatının ən önəmli gündəm mövzularından birinə çevrilib.

Musavat.com xəbər verir ki, "Associated Press" (AP) xəbər agentliyi Türkiyə və Yunanıstanın uzun illər davam edən gərginlikdən sonra münasibətləri düzəltmək üçün mühüm addım atdığını yazıb.

AP Ərdoğanın bu sözlərinə diqqət çəkib: "Hətta iki qardaş arasında fikir ayrılığı olduğu halda, iki qonşu arasında fikir ayrılığının olması olduqca təbiidir. Məsələ onları həll etmək iradəsidir. Egey dənizini sülh və əməkdaşlıq dənizinə çevirmək istəyirik”.
ABŞ-ın "New York Times" qəzeti iki ölkə arasında imzalanan müqavilənin tarixən əhəmiyyətli olduğunu və güclü simvolizm daşıdığını, İngiltərənin "Financial Times" qəzeti isə iki qonşu və NATO müttəfiqi olan ölkənin uzun müddətdir davam edən gərginliyi azaltmağa çalışdığını vurğulayıb.
Səfəri yaxından izləyən Almaniya mətbuatı “yeni dövr” başlığı ilə oxucularının qarşısına çıxıb. Welt qəzeti yazır: “İki əzəli rəqib miqrasiya böhranını həll etmək istəyir. Türkiyə və Yunanıstan yeni bir səhifə açıb. Bu inkişafın NATO, Avropa İttifaqı və Almaniyaya da böyük təsirləri olacaq”.

Fransanın “Le Figoro” qəzeti yazıb: “Türkiyə ilə Yunanıstan arasında həlli mümkün olmayan problem yoxdur. İki lider Afinada isti bir şəkildə əl sıxaraq, ortaq bəyannamə imzaladılar”.

Yunanıstanın “Naftemporiki” nəşri yazıb ki, prezident Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisə Qəzza ilə bağlı kitab hədiyyə edib.скачать dle 12.1