Bia.Az

Axundovun anası danışdı: İnanırdım!

Gündəm
 8-12-2023, 01:37     431

Bilirdim ki, 30 ildən sonra torpaqlarımızı azad edən Prezident mənim balamı orda qoymaz. Hüseynin azad olunacağına inanırdım.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanda hərbi əsirlikdə olan Hüseyn Axundovun anası Şəlalə Axundova Report-a müsahibəsində bildirib.
“Dünənki ömürlük həbs xəbərindən sonra bugünkü azad olunma xəbəri bizi çox sevindirdi. Bunun tezliklə olacağına inanmırdım. Dövlət başçımız çox sağ olsun ki, analara bu sevinci yaşatdı. Prezident İlham Əliyevin yanındayıq və ona arxalanırıq”, - Ş.Axundova deyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.скачать dle 12.1