Bia.Az

Stoltenberq: Biz Ukraynaya dəstəyimizi davam etdirməliyik

Dünya
 8-12-2023, 01:24     376

Döyüş meydanında vəziyyət ağır olaraq qalır.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Lüksemburqun Baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Rusiya Ukrayna şəhərlərinə və kritik infrastruktura pilotsuz uçuş aparatları ilə hücum etməyə davam edir. Ona görə də biz dəstəyimizi davam etdirməliyik. Bu, ukraynalılara çətin keçən qışdan çıxmağa kömək etmək üçün çox vacibdir. Ukraynanın suveren müstəqil dövlət kimi qalib olmasını təmin etmək üçün vacibdir. Bu, düzgün işdir və həm də bizim öz təhlükəsizlik maraqlarımıza uyğundur", -Stoltenberq deyib.скачать dle 12.1