Bia.Az

Mərhumun bacısı: "Suraxanı prokurorlugu Prezidentin köməkçisi Fuad Ələsgərovun göstərişını niyə saymır?"

Cəmiyyət
 9-12-2023, 13:27     939

Bu ilin fevral ayında Bakının Suraxanı rayonunda Laçın rayonunun Ağcakənd kənd sakini Zamanov İntiqam Binnət oğlunun intihar etməsi ilə bağlı xəbərləri müntəzəm olaraq oxucularımızın diqqətinə catdırmışıq.

Mərhum İntiqam Zamanovun bacısı Diləfruz Binnət qızı İsmayılova yenidən BİA.az-a açıqlamasında bildirib ki, artıq hər kəs mərhumun heç bir günahının olmadığını, intihara vadar edildiyini bilir: “Bilirsiniz, əvvəl heç cinayət işi açmırdılar. Bizim aidiyyatı qrumlara davamlı müraciətlərimizdən sonra Suraxanı Rayon Prokurorluğunda cinayət işi açıldı. Amma cinayəti ört-basdır etməyə cəhdlər oldu, cünki 10 aydan cöx kecməsinə baxmayaraq istintaq işi barədə bizə hec bir məlumat verilmirdi. İndi Suraxanı rayon prokurorlugunun müstəntiqi Tamerlan Baqiyev tərəfindən mənə cinayət işinin dayandırılması barədə 01 avqust 2023-cü il tarixli qərarın surəti göndərilib. Maraqlı olan odur ki, müstəntiq dəfələrlə müraciət etməyimizə baxmayaraq işin dayandırılması ilə baglı qərarı iki aydır niyə gizlədib. Qərardan da məlum olur ki, Suraxanı rayon Prokuroru Rəşid Mahmudov və müstəntiq Tamerlan Baqiyev cütlüyü qardaşımın ölüm işində Zamanov Elgün İntiqam oğlunun günahgar olduğunu gizlədə bilmirlər, qeyd edirlər ki, guya Elgün bu cinayəti boynuna almır. Ancaq qərarda acıq-aydın yazılıb ki, "İlkin hadisə yerinə baxış zamanı Zamanov İitiqam Binnət oglunun meyitinin üzərindən, yəni şalvarının cibində olan "Məni oglum Elgün şərə böhtana saldı, polisə verdi, bezib özümü öldürməyə məcbur oldum. hec kimin günahı yoxdur ancaq Elgün Elgün Elgün camat icinə xeyrə şərə gedə bilmədim 62 yaşımda biabır oldum və sonda İntiqam evdən lüt cıxarıldı məni qurd qapısi yiyəsizlər qəbiristanlıgında basdırın"cümləsilə bitən kagız parcası aşkar edilmişdir". Hələ cinayət işində Elgün Zamanovun ata qatili olduğunu ehtiraf etdiyi səs yazısı və başqa sübutlar və dəlillər də var. Bu barədə vəkilimiz mətbuata geniş acıqlama verəcək. Görünən odur ki, Baş Prokurorluq Elgün Zamanova cinayət işi açsa da, söz sahibi Rəşid Mahmudovdur, cinatət işini istəyəndə dayandırır, isdəyəndə də işə başlayır. Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənabından xaiş edirəm ki, müstəntiq Tamerlan Baqiyevin cıxardıgı qərara ciddi diqqət yetirsin, bir-birini təkzib edən cümlələr müstəntiqin cinayəti ört-basdır etmək cəhdi deyilmi? Prezidentinin köməkçisi Fuad müəllimin göstərişını saymayan Suraxanı prokurorlugu nədən işi birtərəfli aparır, qardaşımın qanını batırmaga calışır.deyə  Diləfruz xanım bildirib. 

İntiqam Zamanovun bacısı məsələ ilə bağlı yuxarı instansiyalara müraciət etmək niyyətindədir: "Biz bu işi belə qoymaq niyyətində deyilik. Hamı bilir ki, İntiqam Zamanovun ölümündə ailə üzvləri, xüsusilə oğlu günahkardır. Ona görə də prokurorluğun qərarından şikayət edəcəyik".

Diləfruz İsmayılova sonda bir daha ölkə başcısına və birinci xanım Mehriban Əliyevaya müraciət etdi:"Rəhmətlik qardaşım İntiqamın intihar etməsinə oğlu Elgünün səbəb olduğu ölüm hadisəsi Suraxanı Rayon Prokuroru və həmin rayon prokurorluğunun müstəntiqi Tamerlan Baqiyev tərəfindən qanunsuz aparıldıgı barədə müvafiq dövlət qrumlarına etdiyimiz şikayətlər hec bir müsbət nəticə vermir. Belə ki, istintaq işini aparan müstəntiq cinayətdə adı hallanan Elgünlə əlbir olaraq rüşvət qarşılıgında işi ört-bastır etməyə calışır. Biz beş bacı olaraq cinayətkarın ortaya cıxarılmasını, haqqın, ədalətin bərpa olmasını istəyirik. Demək olar ki, bütün aidiyyatı qurumlarda qəbullarda olmuşuq. Müraciətlərimiz müsbət qarşılansa da, müəyyən göstərişlər verilsə də Suraxanı Rayon Prokurorlugu ədalətsizliyindən əl cəkmir. Biz bacıların ümid yeri Sizsiniz Cənab prezdent və birinci xanım Mehriban Əliyeva. Sizin ədalətinizə sıgınırıq. Acizanə surətdə Sizdən xahiş edirik ki, qardaşımızın ölümü barədə aparılmalı olan cinayət işi Suraxanı Rayon Prokurorluğundan alınıb baxılmagı üçün başqa bir rayon prakurorluguna verilsin".


BİA.az
скачать dle 12.1