Bia.Az

Ermənistan MTN-dən Telman Qasımovun İrəvan çəkilişinə cəfəng reaksiya - DETALLAR

Cəmiyyət
 6-12-2023, 21:41     370

Azərbaycanlı hərbi ekspert Telman Qasımovun bir neçə gün əvvəl İrəvanda, doğulduğu və yaşadığı məhəllə, bina ilə bağlı çəkilişlər apardığı və dekabrın 5-də yaydığı video ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidməti cəfəngiyatla dolu açıqlama verib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Təhlükəsizlik Xidməti iddia edib ki, Qasımov sözügedən videonu hələ 2017-ci ildə çəkib.

MTN-dən bildiriblər ki, guya 2017-ci ilin noyabrında ikili vətəndaşlıq sahibi “A. TO." Qasımovun “doğulub boya-başa çatdığı” binanın videosunu çəkib ona göndərib.

“Altı il sonra Qasımov erməni cəmiyyətində çaxnaşma salmaq və Azərbaycan tamaşaçıları arasında “reytinqi”ni yüksəltmək üçün videonu montaj edərək ona səsini də əlavə edib”-Ermənistan MTN belə bir gülünc açıqlama ilə çıxış edib və erməni cəmiyyətini sakitləşdirməyə absurdcasına cəhd göstərib.
скачать dle 12.1