Bia.Az

İsrail-HƏMAS müharibəsi ilə bağlı ŞOK PLAN - Türkiyə ilə də...

Dünya
 3-12-2023, 18:15     392

İsrail HƏMAS-a qarşı müharibəsini bir il və ya daha çox davam etdirməyi, yeni ilin əvvəlində Qəzzaya qarşı intensiv quru əməliyyatına başlamağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın “The Financial Times” (FT) qəzeti məlumat yayıb.

Qeyd olunub ki, bir neçə mərhələdən ibarət olan plana əsasən, Qəzza zolağının şimalında yerləşən İsrail qüvvələri cənuba gedəcək.

FT-nin məlumatına görə, plana HƏMAS-ın üç yüksək vəzifəli lideri Yəhya Sinvar, Məhəmməd Deif və Mərvan İsanın öldürülməsi, həmçinin hərəkatın 24 batalyonu, yeraltı tunel şəbəkəsinə qarşı həlledici zərbələr və idarəetməni məhv etmək daxildir.

Digər tərəfdən, İsrail dövlət televiziyası KAN adı açıqlanmayan mənbələrə istinadən xəbər verir ki, baş nazir Benyamin Netanyahu ABŞ dövlət katibi Antoni Blinkenə müharibədən sonra Qəzzada böyük bir bufer zonası yaradılması planı barədə danışıb.

Sözügedən planın Səudiyyə Ərəbistanı başda olmaqla, bölgədəki digər ərəb dövlətləri və Türkiyə ilə də paylaşıldığı iddia edilib.

Netanyahunun xarici siyasət müşaviri Ophir Falk bildirib ki, HƏMAS-ın məhv edilməsi, Qəzzanın tərksilah edilməsi, bölgənin radikalizmdən təmizlənməsi də daxil olmaqla üçlü plan var. Onun sözlərinə görə, bufer zona tərksilah mərhələsinin bir hissəsi ola bilər.скачать dle 12.1