Bia.Az

Böyük təhlükə YAXINLAŞIR: Bir həftə ərzində DƏHŞƏTLİ QASIRĞA... - XƏBƏRDARLIQ

Cəmiyyət
 3-12-2023, 15:37     350

30 noyabrdan başlayan və Azərbaycanda da olacağına dair xəbərdarlıq edilən maqnit qasırğası gələn həftə də davam edəcək.

“Fobos” hava mərkəzinin aparıcı əməkdaşı Mixail Leus cümə günü başlayan güclü maqnit qasırğasının gələn şənbə gününün ikinci yarısında dayanacağını proqnozlaşdırıb.

Onun sözlərinə görə, güclü G3 səviyyəsinə çatan maqnit qasırğası hələ də davam edir: “Lakin yaxın gələcəkdə geomaqnit sahəsinin pozulmasının tədricən zəifləməsi gözlənilir”.

Eyni zamanda, gələn həftə Yerin maqnitosferində aktivliyin daha bir artımı və yeni maqnit qasırğaları proqnozlaşdırılır. Sinoptik öz “Telegram” kanalında qeyd edib ki, o, gələn bazar ertəsi və çərşənbə axşamı qeyd olunacaq, aşağı intensivliyə malik olacaq
Leus maqnit qasırğaları zamanı hava şəraitindən asılı insanların özlərini pis hiss edə biləcəyi barədə xəbərdarlıq edərək, onlara mümkün qədər dincəlməyi və təmiz havada gəzməyi tövsiyə edib. (ekologiya.az)скачать dle 12.1