Bia.Az

Müdafiə Nazirliyi məlumat yaydı – Video

Cəmiyyət
 2-12-2023, 17:14     648

Baxış-müsabiqəsində qış aylarında bölmələrin yüksək döyüş qabiliyyətində saxlanılması, eləcə də şəxsi heyətin soyuq iqlim şəraitində gecə və gündüz heç bir çətinlik çəkmədən xidmət aparması üçün istismarda olan arxa təminatı avtomobil texnikalarının sazlığı yoxlanılıb.

Turantv.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi qulluqçuların yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı avtomobil texnika və qurğularının, səyyar soyuducuların, səyyar tipli çörək zavodlarının, su çənlərinin və səhra mətbəxlərinin cəlb edildiyi baxış-müsabiqəsində texnikalara gündəlik texniki xidmətin göstərilməsi ardıcıllığına, onların texniki göstəricilərinin yüksək səviyyədə saxlanılmasına, həmçinin təlimata uyğun istifadə və istismar olunmasına xüsusi diqqət yetirilib.

Baxış-müsabiqəsinin sonunda ən yaxşı nəticəni göstərən hərbi hissələr mükafatlandırılıb.

скачать dle 12.1