Bia.Az

ABŞ-ın əməliyyatın bərpasını dəstəkləməsinin şok səbəbi

Gündəm
 2-12-2023, 12:22     430

İsrail və HƏMAS arasında gedən müharibə düşündüyümüzdən daha genişmiqyaslıdır. Baş verənlər qlobal sərmayə sahiblərinin istəyinin nəticəsidir. Yəni HƏMAS İsrailə hücum etməsəydi belə, yenə Qəzzaya hücum olacaqdı.

Bu sözləri Axar.az-a ABŞ-ın Qəzzada atəşkəsin uzadılmasına deyil, hərbi əməliyyatların bərpasına dəstəyini ifadə etməsinin pərdə arxasındakı səbəbləri haqqında danışan Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik eksperti Əli Fuad Gökçə deyib.
Alim İMEC iqtisadi dəhlizi layihəsinin həyata keçirilməsi məqsədilə Qəzza və Qərbi Şəriyə arasında xəttin təmizlənməsinin ABŞ üçün böyük əhəmiyyət daşıdığını, ona görə də hərbi əməliyyatların bərpasını dəstəklədiyini vurğulayıb:
“Cavabını tapmalı olduğumuz əsas sual isə beynəlxalq sərmayə sahiblərinin hazırki istəyidir. Bu gün Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanı BRİKS-ə üzv oldu. BRİKS ölkələri isə ticarəti dollar ilə yox, öz pul vahidləri ilə etmək qərarı verib. Yəni artıq dolların rezerv pul vahidi olmaqdan çıxarılma prosesi başlayıb. Bu isə başda ABŞ olmaqla, qlobal sərmayə sahiblərinin maraqlarına ciddi təhlükədir. Son nəticədə Vaşinqton bölgədə dollara və neftə söykənən hegemon mövqeyini itirə bilər. Digər bir məqam isə ABŞ və Çin arasında Sakit okean siyasəti məsələsində olan ziddiyyətlərdir. ABŞ son G-20 Zirvəsi zamanı Çini təkləmək üçün Hindistanı yanına çəkməyi bacardı. Amma BƏƏ ilə Səudiyyə Ərəbistanının bölgə ölkələri ilə problemlərini həll edərək, münasibətlərini düzəltməsi Vaşinqtonu narahat edən məsələlərdəndir. Ona görə də Vaşinqton sözügedən ölkələri ətrafında toplamaq üçün həmlə kimi son G-20 Zirvəsində İMEC layihəsini təqdim etdi. Layihə Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi də adlanır. İMEC-in reallaşdırılmasında ABŞ-ın Çindən qopardığı Hindistan, BƏƏ və Səudiyyə Ərəbistanı, İordaniya və İsrail birgə işləyəcək. Bu ticarət marşrutu İsrailin Aralıq dənizindəki Hayfa limanına çatmaq üçün Qəzza ilə Qərbi Şəriyə arasındakı 90 kilometrlik məsafədən keçməlidir. Bütün bunlara görə bəhs etdiyimiz qlobal sərmayə sahibləri bölgədəki HƏMAS-ı da özünə təhdid görür. Çünki 90 km-lik xətti yetərincə qoruya bilməyəcəklərini düşünürlər. Bəhs etdiyimiz hədəflərin əldə olunması üçün isə Netanyahu hökumətinə əməliyyata başlamaq təlimatı verdilər. Dünən Blinkenin, ondan əvvəl Con Kirbinin və başqalarının İsrailə xəbərdarlıq etmələrindəki məqsəd isə ABŞ-ı meydana gələn müharibə cinayətlərində günahkar sayılmaqdan qurtarmaqdır. Əgər ciddi bir təzyiq olmasa, İsrail qoyulan hədəfə çatmaq üçün ABŞ-ın dəstəyi ilə müharibəni sonadək davam etdirəcək”.
Qeyd edək ki, 24 noyabrda Qəzza zolağında başlayan atəşkəs ötən gün bitib və hərbi əməliyyatlar bərpa olunub.скачать dle 12.1