Bia.Az

XİN-dən 62 min manatlıq tender – Təhsil şirkətindən kondisioner alacaq

İqtisadiyyat
 1-12-2023, 14:28     501

Xarici İşlər Nazirliyi (XİN) maşın və avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Azedunet” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 62 502,66 AZN-dir.
 
Tenderin şərtlərindən aydın olur ki, XİN şirkətdən İKT avadanlıqları ilə məişət texnikası da alacaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Azedunet” MMC 14 dekabr 2007-ci ildə qeydiyyata alınıb. 
Nizamnamə kapitalı 6 340 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Naxçıvani küçəsi, ev 22, mənzil 49-da yerləşir. MMC-nin qanuni təmsilçisi Yəhyayev Natiq Rza oğludur. 

“Azedunet” MMC-nin veb-səhifəsində qeyd edilib ki, şirkət təhsil sisteminə İKT-nin tətbiqi sahəsində fəaliyyət göstərir. Şirkət Azərbaycan Təhsil Şəbəkəsinin yaradıcısıdır. “Azedunet” eyni zamanda təhsil müəssisələri üçün texniki xidmət təşkil edir. 

Maraqlıdır ki, XİN bu şirkətdən məsələn, kondisioner alacaq. “Azedunet” MMC-nin kondisioner satışı ilə məşğul olması barədə heç bir məlumat yoxdur. 

Şirkətin heç İKT məhsullarını satmasına dair da hər hansı fakta rast gəlinmir.скачать dle 12.1