Bia.Az

Baş Prokurorluqda media nümayəndələri üçün interaktiv təlim keçirilib - FOTOLAR

Cəmiyyət
 28-11-2023, 09:53     301

Noyabrın 27-də Baş Prokurorluqda media subyektləri və jurnalistlər üçün “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda təlim keçirilib.

Musavat.com bildirir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin əməkdaşları, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və müxtəlif media qurumlarını təmsil edən jurnalistlərin iştirakı ilə baş tutan interaktiv təlimdə prokurorluq orqanlarında həyata keçirilən kommunikasiya siyasəti barədə ətraflı məlumat verilib, işin səmərəliliyinin artırılması yönündə media nümayəndələrinin təklifləri dinlənilib, o cümlədən mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

PROKUROR SON.jpg (59 KB)

Vətəndaşların operativ və düzgün məlumatlandırılması məqsədilə təşkil olunmuş interaktiv təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb, bu cür təlimlərin davamlı olmasının zəruriliyi qeyd edilib.скачать dle 12.1