Bia.Az

İCRA BAŞÇISI OĞLUNA TOY ETMƏDİYİNİ DEYİR, ANCAQ... – Foto (Yenilənib)

Gündəm
 17-07-2020, 12:25     258

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev oğlu Turala toy etməsi barədə məlumatı təkzib edib. Bu barədə Bərdə rayon İcra Hakimiyyəti başçısı “AzPolitika.info”ya açıqlama göndərib. Açıqlamada bildirilir:

“Bəzi sosial şəbəkələrdə qəsdən guya oğlum Turala toy mərasimi keçirməyimlə bağlı gedən yazılarla əlaqədar bildirirəm ki, həqiqətən övladım bir il bundan əvvəl nişanlanmışdı.

Pandemiya ilə əlaqədar real vəziyyəti nəzərə alaraq hər iki ailənin və gənclərin öz razılığı ilə yalnız hər iki gənc VVAQ şöbəsinə gedərək nigahlarını rəsmiləşdirmiş və ailə qurmuşlar.

Heç bir mərasim, hətta ailə mərasimi belə keçirilməmişdir.Yazılanlar real vəziyyəti əks etdirmir. Bu addımın gələcəkdə toy etmək istəyən gənclərə nümunəvi addım olacağını düşünürük”.

Qeyd edək ki, İcra Hakimiyyətinin başçısı Vidadi İsayev hətta ailə mərasiminin belə keçirilmədiyini desə də, bəy və gəlinin fotolarının arxasında məclis üçün böyük stolların hazırlandığı görünür. Bu isə icra başçısının dediklərinin doğruluğuna şübhə yaradır. Əgər mərasim olmayıbsa, o stollar nədən ötrü hazırlanıb?

İkincisi, indiki şəraitdə - Qarabağda hər gün şəhidlər verdiyimiz, cəbhədə qızğın müharibənin getdiyi, gənclərimizin kütləvi surətdə orduya yazıldığı bir vaxtda vəzifəli şəxsin oğlunu evləndirməsi nə qədər doğrudur? Hətta dəbdəbəli toy mərasimi etməsə belə... Yəqin, bu sualı da Vidadi İsayevə verəcəklər.

AzPolitika.info

***

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev oğlu Turala toy edib.

"AzPolitika"nın "axar.az"a istinadla verdiyi məlumata görə, karantin müddətində toy etməkdən vazkeçməyən icra başçısı məclisi Yevlax şəhərində yerləşən villasında gerçəkləşdirib. Məclisdə çoxsaylı qonaqların olduğu bildirilir.

Qeyd edək ki, Vidadi İsayevin oğlu Tural İsayev Yasamal Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsində işləyir.

Başçının qudası Fazil Həsənəliyevin isə Baş Prokurorluqda çalışdığı barədə mediada məlumat yayılıb.

BİA.az

скачать dle 12.1