Bia.Az

Sumqayıt-Bakı qatarının reysə çıxmamasının səbəbi

Cəmiyyət
 22-11-2023, 12:12     322

Bu gün səhər saatlarında Bakıətrafı sürət qatarından istifadə edən sərnişinlər xeyli müddət platformalarda qalmalı olublar.

Axar.az Bizim.media-ya istinadən xəbər verir ki, saat 07:05-də Sumqayıtdan Bakı istiqamətinə yola çıxmalı olan Sumqayıt-Pirşağı-Bakı sürət qatarı qeyri-müəyyən səbəblərə görə xəttə çıxmayıb.

Bundan xəbərsiz olan sərnişinlər xeyli müddət gözləməli olublar. Saat 07:15-də Sumqayıtdan çıxmalı olan növbəti qatar da xəttə qrafikdəki vaxtdan gec çıxıb.

Nəticədə sərnişinlər həm mənzil başına xeyli gec çatıblar, həm də qatarda böyük sıxlıq yaşanıb.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən hələlik heç bir açıqlama verilməyib.

***
Bakıətrafı sürət qatarında gecikmənin səbəbi açıqlanıb.

Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, bu gün səhər saatlarında işarəvermə-rabitə sistemində yaranmış texniki nasazlıq səbəbindən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların qrafikində cüzi yubanmalar müşahidə olunub.
Hazırda qatarlar hərəkət qrafiki üzrə hərəkət edirlər.скачать dle 12.1