Bia.Az

40 ildir ki, meydandayam, cəbhələrin dövründə qorxurdular, amma mən... – Manaf Ağayev

Şou
 20-11-2023, 13:00     663

“40 ildir, meydandayam. Hələ mən sizə danışıram 90-cı illərdən, cəbhələrin dövründən, heç kim getmirdi. Allaha and olsun, bəlkə də 200-dən çox konsert vermişəm. Hamısının da kasetləri var. Nəyə görə verilməməlidir?!”

Ölkə.Az xəbər verir ki, bunu müğənni Manaf Ağayev “sizə niyə Xalq artisti mükafatı verilməyib” sualına cavab verərkən deyib.

Sənətçi faktla danışdığını söyləyərək deyib ki, o vaxt heç kim tədbirlərə getmirdi, qorxurdu.

“Mən boş-boş danışmıram. Sənədimi qoyub ona əsasən fikrimi bildirirəm. Cəbhələrdə elə bir rayon, əsgər yox idi ki, onların qarşısında oxumamış olaq. Əziyyət çəkmişik. İncimirəm, nə vaxt olar-olmaz fərqi yoxdur, heç nə dəyişmir. Sadəcə, insan uman yerdən küsür də. Ali təhsilli adamam, 30-40 il Füzuli Musiqi Məktəbində müəllim işləmişəm”, - deyə o, “künc-bucaq” efirində dilə gətirib.
скачать dle 12.1