Bia.Az

Bayden həyat yoldaşını Meksika prezidentinə qısqandı - VİDEO

Dünya
 19-11-2023, 13:44     294

ABŞ Prezidenti Co Bayden Meksika Prezidenti Andres Manuel Lopez Obradorla görüşüb.

Görüş zamanı Bayden narkotik və immiqrasiya ilə bağlı kəskin problemləri qaldırıb.

Həmçinin San-Fransiskoda ev sahibliyi etdiyi Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı konfransı zamanı keçirilən ziyafəti xatırladıb və qonağı ilə maraqlı şəkildə zarafat edərək onu tərifləyib. Belə ki, Co Bayden həyat yoldaşı Cill Baydenin Lopez Obradoru daha çox bəyənəcəyindən ehtiyat etdiyini dilə gətirib.

“Sənə dedim axı, sən arvadımın yanında oturmuşdun, o qədər cazibədar idin ki, onun indi səni məndən daha çox bəyənə biləcəyindən narahat oldum”, - deyə ABŞ prezidenti zarafat edib.//oxu.az





скачать dle 12.1