Bia.Az

Azərbaycan yığması ilin son sınağına çıxır

İdman
 19-11-2023, 13:39     365

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində bu gün sonuncu oyununu keçirəcək.

Axar.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv səfərdə Belçikanın qonağı olacaq. "Kinq Baudouin” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qaşılaşmanı macarıstanlı FİFA referisi Gerqo Boqar idarə edəcək.

Hazırda Azərbaycan millisi F qrupunda 7 xalla dördüncü, belçikalılar isə 17 xalla ikincidir.

Qeyd edək ki, bu qrupun digər oyununda İsveç və Estoniya yığmaları üz-üzə gələcəklərскачать dle 12.1