Bia.Az

Qəzza zolağında ölənlərin sayı 12 mini keçib

Dünya
 18-11-2023, 01:32     423

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyat nəticəsində 12 mindən çox insan həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Aljazeera" telekanalı məlumat yayıb.

Məlumata görə, onlardan 5 mini uşaq, 3 mini isə qadındır.

İtkin düşənlərin sayı artaraq 3 750 nəfərə çatıb, onlardan 1 800-ü uşaqdır. Fələstin tərəfinin məlumatına görə, yaralıların sayı 30 mini keçib, onların 75 %-i qadın və uşaqlardır.

İsrail tərəfi isə HƏMAS-ın hücumu nəticəsində ölən israillilərin sayının 1,2 min nəfərdən çox olduğunu bildirib
.
Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı”nı elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.скачать dle 12.1