Bia.Az

“Uzun sürməyəcək, ABŞ-la Azərbaycan...” - Sərkisyan

Gündəm
 17-11-2023, 14:33     354

“ABŞ-la Azərbaycan arasındakı diplomatik gərginlik uzun sürməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.

Onun sözlərinə görə, ABŞ-ın Azərbaycana hərbi yardımla bağlı ayırdığı pullar Ermənistanla bağlı yox, İrandan gələn təhdid, xüsusilə Xəzər dənizi sərhədinin təhlükəsizliyi, həmçinin terrorizm və qeyri-qanuni narkotiklərlə mübarizə üçün idi.

Sərkisyan qeyd edib ki, Azərbaycanın bu yardımdan Ermənistana qarşı istifadə etməsinə dair sübut yoxdur.

Ekspert Azərbaycanın ABŞ-ın maliyyəsinə ehtiyacının olmamasına da diqqət çəkib:

“Görünən budur ki, indi Bakının özünün sərbəst maliyyə resursları var.

Azərbaycanla bağlı administrasiya ilə Konqres arasında fundamental fikir ayrılıqları yoxdur, amma bu durum (ABŞ-Azərbaycan gərginliyi – red.) uzun sürməyəcək”.скачать dle 12.1