Bia.Az

ABŞ Ermənistana təhlükəsizlik zəmanəti veribsə, niyə ortada sənəd yoxdur?

Siyasət
 17-11-2023, 13:36     309

Birləşmiş Ştatlar erməni ordusunu hərbi texnika ilə təmin edəcək, polisə texniki dəstək verəcək, hətta “Metsamor” AES-in nüvə yanacağını tədarük edəcək, paralel Britaniya da yardıma hazırlaşır; analitik: “Ermənistan yol ayrıcındadır, gələn il ciddi çağırışlarla üz-üzə qalacaq”

ABŞ Rusiyanın təzyiqi və ya Ermənistana embarqo tətbiq edəcəyi təqdirdə bu ölkəni tam dəstəkləmək öhdəliyi götürüb. “Yeni Müsavat” bildirir ki, ABŞ Ermənistan ordusunu hərbi texnika, uniforma və sursatla təmin edəcək, ölkənin təhlükəsizlik orqanlarına, o cümlədən polisə texniki dəstək verəcək. 
Bundan əlavə, Vaşinqton Ermənistana dizel yanacağı və enerji resursları, həmçinin “Metsamor” AES üçün nüvə yanacağının tədarükünü təmin edəcək. ABŞ həmçinin bu atom elektrik stansiyasının idarə edilməsi və istismarı üçün texniki dəstək verməyə hazırdır. Məlumata görə, lazım gələrsə, Amerikanın peyk interneti erməni internet provayderlərinin ixtiyarında olacaq. ABŞ və Ermənistan arasında iki ölkənin bir sıra müvafiq departamentlərinin yüksəkvəzifəli şəxsləri səviyyəsində intensiv hökumətlərarası məsləhətləşmələr baş tutub. Bu barədə məlumat “Caliber”ə etibarlı mənbələrdən daxil olub. Sayt qeyd edib ki, İrəvanla Vaşinqton arasında əldə edilən razılaşmaya əsasən, Rusiya Ermənistana təzyiq göstərsə və ya embarqo tətbiq edərsə, ABŞ Ermənistana aşağıdakı sahələrdə güclü dəstək verəcək:
Birləşmiş Ştatlar zəmanət verir ki, bütün yuxarıda göstərilmiş bəndlər üzrə, hətta artıqlaması ilə İrəvan rəsmi Vaşinqtondan dəstək alacaq - gələn xəbərlərdə belə deyilir. Əgər Vaşinqton regionumuzun mürəkkəb coğrafiyasında bütün qeyd olunan məsələlərə zəmanət verirsə, o zaman Ermənistanın bunun müqabilində hansı addımları atacağını təxmin etmək olar. Hətta Böyük Britaniya Ermənistanla təhlükəsizlik əlaqələrini genişləndirəcək, daha sıx əməkdaşlıq quracaq. Bunu Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokerti Ermənistanla ilk strateji dialoq zamanı deyib. Dokerti Ermənistan iqtisadiyyatının şaxələndirilməsinə və regional təhlükəsizliyin təşviqinə kömək etmək üçün ticarət və təhlükəsizlik sahəsində Ermənistanla daha sıx əməkdaşlığı təklif edib. O, uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında birbaşa sülh danışıqlarına təcili ehtiyacın olduğunu vurğulayıb. ABŞ, Fransa və hətta Böyük Britaniyanın Ermənistanın təhlükəsizliyinə təminat verməsi, sadəcə, söz olmamalıdır. Çünki Ukraynaya da eyni söz verilmişdi, amma onu Rusiyanın qəzəbindən və belə görünür ki, həm də torpaqlarının işğalından qoruya bilmir. Ermənistana sözdə hansısa vədlər verilə bilər, amma bunlar həm də sənədlərlə təsdiq edilməlidir. Əgər belə bir sənəd(lər) olsaydı, əlbəttə ki, onları gizli saxlamazdılar...
O, yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtardıqlarını qeyd edib: “Hazırda hakimiyyət təhlükəsizlik sahəsində əlaqələri şaxələndirir, yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtarır. Hökumət KTMT-dən çıxmaq barədə qərar qəbul olunmayana qədər siyasi kursun dəyişməsi barədə açıqlama vermək niyyətində deyil, əks halda, bu, uyğunsuzluğa səbəb olacaq”. Deməli, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar tapıldıqdan sonra Ermənistan bu təşkilatı tərk etməyə hazırlaşır. 
“Bəli, heç bir sənəd yoxdur, amma Ermənistana hərbi-siyasi dəstək davam edir. Paşinyan da təsdiqlədi ki, KTMT-dən çıxmayana qədər siyasi kursu dəyişmək haqda açıqlama verilməyəcək. Yəni bu blokda üzv ola-ola Qərblə əlaqələrə dair konkret sənəd ortaya çıxarmazlar. Yəqin ki, müəyyən əməkdaşlıq müqavilələri var. Silahların tədarükü, satılması ilə bağlı saziş imzalanmamış deyil. Sual budur ki, Qərbin Ermənistan ordusunu silahlandırması, onu NATO-ya yaxınlaşdırmaq cəhdlərinin səbəbi nədir?”, -   “Yeni Müsavat”a danışan siyasi ekspert Fuad Əliyev ritorik olaraq soruşur. 
Onun bildirdiyinə görə, erməni ordusunu müharibəyə hazırladıqlarını düşünmür, sadəcə, Rusiyanın hərbi təsirlərini azaltmaq səyləri var: “Gürcüstanda olduğu kimi, Ermənistanda da oxşar addımlar atılır. Gürcü polisi amerikan sistemi olan şerif modelinə keçib, ordu NATO standartlarına uyğunlaşdırılır, indi eyni xətt Ermənistanda görünür. Güman etmirəm ki, buna tam nail olacaqlar. Rusiya hələ əsas təzyiq mexanizmlərini işə salmayıb. Hər halda, Ermənistanı və Paşinyan iqtidarını sakit dövr gözləmir”. 
Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..."
 Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğluna görə, baş nazir Nikol Paşinyan Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşdıqca, ölkəsi üçün ciddi risklər yaradır: “Kremlin başı Ukrayna savaşına qarışsa da, Cənubi Qafqazdakı forpostunu itirməmək üçün müxtəlif variantları nəzərdən keçirir. Bunlardan biri Ermənistana qarşı iqtisadi təzyiq alətlərini işə salmaqdırsa, ikinci aləti hərbi çevriliş şəraiti yaratmaqdır, bu məqsədlə Rusiyanın bu ölkədəki hərbi bazasının da imkanlarından istifadə edilməsi mümkündür. Nikol Paşinyan bu təhlükələri hesablamamış deyil, bu səbəbdən ABŞ və Avropa İttifaqından təhlükəsizlik təminatı almağa çalışır. Vaşinqton, Paris və Brüsseldən Paşinyana vədlər verilməmiş deyil, ancaq Ermənistanın baş naziri bunlarla kifayətlənə bilməz. Ermənistan yol ayrıcındadır, gələn il bu ölkə ciddi çağırışlarla üz-üzə qalacaq. Ümumiyyətlə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşır. Paşinyanın təşkilatın növbəti zirvə toplantısına qatılmamasının başqa adı yoxdur. Ermənistan Rusiyanı Qərbə dəyişmək üçün əlindən gələni edir. Kreml Paşinyanı dayandırmaq üçün daha təsirli alətlərə əl atacaq. Gələn il qanlar töküləcək”.
Qarabağın dağlıq hissəsi terror yuvasına çevrilməkdədir" - ZAUR MƏMMƏDOV
Zaur Məmmədov

Politoloq Zaur Məmmədovun fikrincə, Ermənistanı dəhşət gözləyir: “Mövcud vəziyyəti bəhanə edən bəzi beynəlxalq dairələr öz geosiyasi davalarını Qafqaza gətirirlər. Son açıqlamalardan görünür ki, Fransanın Ermənistanı silahlandırması ilə eyni vaxtda Kanada, ABŞ Avropa İttifaqının missiyasına qoşulmaqdadırlar. Borreln açıqlaması, Avropa İttifaqının Sülh Fondunun Ermənistanda işə başlaması bölgəni böyük təhdid altına qoyacaq. Son baş verənlər Azərbaycanın da təhlükəsizliyinə təhdiddir və ölkəmiz lazımi cavab tədbirləri görmək hüququna malikdir. Rəsmi Bakı üçün Qafqazda təhlükəsizlik önəmlidir. Azərbaycana qarşı ittihamların davam etməsi və bu fonda sərhədçilərimizin qarşısında az qala bütün NATO qüvvələrinin mülki formada dayanmaları vəziyyəti gərginləşdirəcək”./Musavat.comскачать dle 12.1